1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə "onlayn" qaydada əldə olunmuş xarici kvalifikasiyalar Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tanınmır".
Oxu.Az xəbər verir ki, bu fikirləri TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4-cü bəndində qeyd olunan xarici kvalifikasiyaların tanınmasına dair tələblər sırasında ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması ilə yanaşı, yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə tanınmanın həyata keçirildiyi qeyd olunub:
"Bu xüsusda, qaydaların həm 4.1.4-cü, həm də 4.1.5-ci yarımbəndlərinin tələblərinin ödənilməsi üçün şəxsin əyani təhsilalma forması (4 illik proqram) üzrə hər tədris ilinə münasibətdə ən az 4 ay və ümumi tədris müddətində illərin cəmi üzrə ən az 21 ay təhsil aldığı ölkədə fiziki olaraq olması şərtdir (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətinin bütün dövrü ərzində təhsil aldığı ölkənin ərazisində olması). Bu halda hər iki bənd üzrə tələblər təmin olunur. Qiyabi təhsilə gəldikdə isə qaydaların 4.1.4-cü və 4.1.5-ci yarımbəndlərinin tələblərinin ödənilməsi üçün hər tədris ilinə münasibətdə ərizəçinin 25 gün təhsil alacağı ölkədə olması şərtdir".
Məhərrəm Əliyev