AZ

SOCAR dünyanın ən böyük daşıma şirkəti ilə saziş imzaladı


SOCAR ilə dünyanın ən böyük daşıma şirkəti olan MSC (Mediterranean Shipping Company) arasında strateji əməkdaşlığa dair saziş imzalanıb. SOCAR-dan bildirilib ki, Bakıda keçirilən imzalama mərasimində tərəflər Egey bölgəsinin ən böyük konteyner limanı olan “SOCAR Terminalı”nda birgə investisiyalar vasitəsilə Türkiyənin qlobal təchizat zəncirində mövqeyini gücləndirməyi hədəfləyirlər.

Razılaşmaya əsasən, MSC-nin törəmə şirkəti və qlobal terminal operatoru “Terminal Investment Limited” (TIL) “SOCAR Terminalı”nda səhmdar olacaq. Əməkdaşlıq “SOCAR Terminalı”nın TIL-in geniş qlobal şəbəkəsinə inteqrasiyasını təmin edəcək. Yeni avadanlıq və texnoloji sərmayələr nəticəsində terminal mövcud gücünü artıracaq, əməliyyat səmərəliliyini yüksəldəcək, rəqəmsallaşma, dayanıqlılıq və infrastruktur inkişafı sahəsində mühüm nailiyyətlər əldə edəcək.

Mətləb Salahov

Seçilən
22
9
baki-xeber.com

10Mənbələr