AZ

İrandan Azərbaycan açıqlaması: Bu məsələnin öz mürəkkəbliyi var

İran xarici işlər naziri Abbas Əraqçi Azərbaycan və Ermənistan arasındakı problemləri “öz mürəkkəbliyi olan məsələlər” adlandırıb.

Teleqraf xəbər verir ki, nazir bu məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməli olduğunu bildirib.

“Xarici dövlətlər, xüsusilə ABŞ bu regionda davamlı sülhə töhfə verməyib. Biz bu çərçivədə 3+3 regional mexanizmini təklif etmişik”, - Əraqçi bildirib.

Xatırladaq ki, Cənubi Qafqaz üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı alqışlayıb, Ermənistan da bu formata qoşulub. Gürcüstan Rusiyaya görə bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb.
Seçilən
19
2
sherg.az

3Mənbələr