AZ

Xarici diplomların 14 faizi TANINMAYIB - TKTA sədri

Xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması üzrə son 8 ayın nəticələri açıqlanıb. Son 8 ayda xarici kvalifikasiyaların 86 faizi tanınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ötən dövr ərzində agentliyə ümumilikdə 3480 müraciət daxil olub. Bu müraciətlərin 2989-na müsbət cavab verilib, 491-i isə imtina olunub.

Beləliklə, müraciətlərin təxminən 86 faizi təsdiqini tapıb, 14 faizi isə rədd edilib.

Tural Əhmədov qeyd edib ki, əsas məqsəd xaricdə təhsil almış şəxslərin diplomlarının şəffaf və ədalətli şəkildə tanınmasını təmin etmək, eyni zamanda təhsil sistemində keyfiyyət göstəricilərini qorumaqdır.

Aygün Hüseyn, Pərviz Allahverdiyev, Elcan Bəşirli - Bizim.Media

Seçilən
25
1
bizim.media

2Mənbələr