AZ

İran və müttəfiqləri nüvə obyektlərinin müdafiəsi ilə bağlı qətnamə layihəsi hazırlayıblar

İran Çin, Rusiya, Venesuela, Nikaraqua və Belarusla birlikdə “Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin zəmanəti altında olan nüvə obyektləri və qurğularına qarşı bütün hücum formalarının qadağan edilməsi haqqında” qətnamə layihəsi təqdim edib.

Veteninfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Layihəmizdə təsdiqləndiyi kimi, bütün ölkələr “dinc məqsədlər üçün nüvə enerjisini inkişaf etdirmək hüququndan istifadə edir və “hər hansı hücuma və ya hücum təhlükəsinə qarşı səmərəli zəmanət hüququna malikdir”, – o əlavə edib.

İranlı diplomat qeyd edib ki, sənəddə həmçinin bütün dövlətlərin digər ölkələrin ərazisində yerləşən dinc məqsədli nüvə obyektlərinə hücumdan və ya hücum təhdidlərindən çəkinmək öhdəliyi təsdiqlənir.

O əlavə edib ki, bu prinsiplərə əməl olunmalıdır; beynəlxalq ictimaiyyətin qanunsuzluğun normallaşdırılmasına yol verməmək üçün qəti tədbirlər görməsinin vaxtı çatıb.

Seçilən
29
1
veteninfo.az

2Mənbələr