AZ

ADAU tələbələri “Azərsun Holdinq”də olublar FOTOLAR

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “Azərsun Holdinq”in birgə layihəsi əsasında Universitetin Baytarlıq təbabəti fakültəsinin 15 nəfər V kurs tələbəsi Holdinqin Bakı şəhərində yerləşən baş ofisində olublar.

"Unikal" xəbər verir ki, görüşdə “Azərsun Holdinq”in tanıtım çarxı nümayiş etdirilib. Sonra Kadrlar şöbəsinin müdiri Nicat Bağırovla birgə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.

Bildirib ki, şirkətin öz kriteriyalarına cavab verən baytar həkimlərə ehtiyacı var. O deyib ki, Holdinq mütəxəssislərini yalnız işə qəbul etməklə kifayətlənməyib, onlara müxtəlif təlimlər və inkişaf imkanları da təqdim edir. Baytarlıq təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova fakültənin imkanlarından və maddi-texniki bazasından danışıb.

Bildirib ki, tələbələrin ixtisaslarına uyğun sahələrdə peşəkar mütəxəssislərlə birgə çalışmasının təmin edilməsi, tətbiq olunan fəaliyyətlərin nəticələrinin ölçülməsi üçün konkret meyarlar müəyyən edilməsi vacib amildir. Həmçinin, tədris prosesində praktik yönümlü laborator dərslərə üstünlük verilməsi, tələbələrin nəzəri biliklərini tətbiq etmə imkanlarının artırılmasının vacibliyini diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
unikal.az

2Mənbələr