AZ

Qacar-Rus Savaşları - Gülüstan və Türkmənçay müqavilələri

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

IV Yazı

Napoleonun elçisinin Abbas Mirzə ordusuna və Qacar sarayına gəlməsi

Hicri 1218-ci (miladi 1803) ildə, Rusiya imperiyası (1721-1917) qüvvələrinin cənubi Qafqaz və Dağıstan tərəflərinə hücum çəkdiyi ildə Fətəli şah hərbi təlimat və hərbi texniki cəhətdən geri qaldığını hiss etdiyinə,düşmənin hərbi qabiliyyəti,quru qüvvələri,döyüş texnikasının üstünlüyü haqda məlumat əldə etdiyinə görə xarici dövlətlərdən müttəfiqtapmaq fikrinə düşmüşdür.Fətəli şahınməqsədi bu idi ki,tapdığı müttəfiqdən maddi yardım alıb,Abbas Mirzənin qoşununu nizama salsın və öz hərbi texnikasını,onun hərbi mütəxəsislərinin köməyi ilə təkmilləşdirsin.

Fətəli şah əvvəl qonşuluqda olan ingilislərə müraciət edərək onlardan yardım istəmişdir.Lakin ingilislər verəcəyi yardım əvvəzində bəzi təkliflər irəli sürüb imtiyazlar tələb etmişlər.Şah onların göstərəcəyi yardımı rədd etmək məcburiyyətində qalmışdır. Məsələ belə olmuşdur ki,ingilislər Qacar dövlətindən Hörmüz adasını (Hörmüz boğazında yerləşən,Qacar dövləti ərazisində olan ada), Xəzər dənizindəki limanları və Fars körfəzindəki Buşehr limanını onların ixtiyarına verməyi təklif etmiş, Fətəli şah isə bu təklifiqəbul etməmişdir.

Bundan sonra Qacar dövləti müttəfiq tapmaq üçün gözünü Avropaya dikmişdir.Bu zaman Avropa müharibələrində qələbələr əldə etmiş Napoleon Misir və İtaliyanı əldə etmişdir.Onun döyüşkən,yorulmaz ordusunun süngüsü Şam darvazası qarşısında parlayırdı.

Fətəli şah arzularını təmin etmək üçün Avropa dövlətlərindən Fransa və onun başçısıNapoleonla dostlaşmanın məqsədə müvafiq olduğunu görmüşdür.Buna görə də o,tezliklə Fransa ilə dostluq münasibəti bərqərar etmək,o dövlətin ən qəddar düşməni olan Rusiya əleyhinə Fransanın qorxmaz sərkərdəsi ilə müttəfiq olmaq fikrinə düşmüşdür. Fətəli şah 1804-cü ilinramazan ayında Napoleona birməktub yazmış,Fransa ilə müttəfiq olmaq üçünöz arzusunu bildirmişdir. Həmin məktub İstanbuldakı Fransa səfiri tərəfindən fransızdilinə tərcümə edilmiş,1805-ci ilin yanvar ayında Napoleona çatdırılmışdır.Napoleon məktubu aldıqdan sonra şəxsi tərcüməçisi və katibi olan müsyö Joberi Qacar dövlətinə göndərmişdir.

Jober ona tapşırılan vəzifəni yerinə yetirmək və Napoleonun sifarişini Fətəli şaha yetirmək üçün Qacar şahının yaşadığı Sultaniyyə Çəməninə gəlmişdir.Fətəli şah Qacar Napoleonun elçisini böyük sevinclə qarşılamış,əmr etmişdir ki,şahın xəzinəsini və sarayda olan qiymətli cəvahirləri ona göstərsinlər.Fətəli şah Qacar dövləti ilə Fransa arasında dostluq münasibətini bərqərar etmək haqqında fikrini bildirmişdir.

Sonra o, Napoleona məktub yazaraq,keçmişdə şahzadə Məmmədəli Mirzənin məsləhətçisi,təcrübəli və xarici ölkələrin adət və ənənələri ilə tanış olan Qəzvinli Mirzə Rzanı Fransa sarayında Qacar dövləti səfirliyinə təyin etmişdir.

Qacar dövləti səfirinin Napoleonun yanına göndərilməsi

Qəzvinli Mirzə Rza müsyö Joberlə birlikdə Fransaya yollanmışdır.Jober Qacar sarayından çox məmnun qalmış vəxoş xatirələrlə vətənə qayıtmışmışdır.O,Mirzə Rza ilə birlikdə Fransaya gəldikdən sonra Fətəli şahınməktubunu və Abbas Mirzənin şəxsi sifarişlərini Napoleona çatdırmışdır.Bundan başqaFransa imperatoruna Qacar dövlətinin hərbi vəziyyəti,əsgərlərinin qalibiyyəti və Abbas Mirzənin ləyaqətli,ağıllı sərkərdə olması olması haqda geniş məlumat vermişdir.Fransa imperatoru Joberin verdiyi məlumastı təkmilləşdirmək, habelə Qacar qoşunlarındakı nöqsanları islah edib,hərbi təlimat vermək məqsədi ilə bir neçə hərbi mütəxəssis və müəllim,istehkam və top hissələri zabitləri (Juvanon,Deblanş,Bontandan ibarət mürəkkəb bir heyət) göndərmişdir.Zabitlərdən hərəsi Fətəli şaha Napoleon tərəfindən bir məktub gətirmişdir.Şahın tapşırığı üzrə Bontan Qacar qoşununu nizama salmaq və Qacar –Rus müharibələrində yaxından xidmət etmək üçün şəxsən AbbasMirzənin ordusuna göndərilmişdir.

Napoleonun dostluq məktubları,onun hərbi nümayəndələri və texniki mütəxəssisləri Qacar dövlətinə gəldikdən sonra Fətəli şah və oğlu Abbas Mirzə Fransa imperatorunun verdiyi vədlərə tamamilə ümid bəsləmiş, ordusunun gələcəkdə intizam və texniki cəhətdən güclənməsinə çox ümidli olmuşdur.Qacar qoşunlarının cəsarətli və uğurlu hücumları nəticəsində məğlub edilib Tiflisə və Şimali Qafqaza geri çəkilən rus qoşunları çıxılmaz,ümidsiz bir vəziyyətə düşdüklərinə görə nümayəndə göndərərək,saziş və müharibəni dayandırmaq təklifi irəli sürmüşlər. Şah və vəliəhd isə fransızların verdiyi vədlərə ümidvar olduqlarına görə bir qədər ağır, ədalətsiz olan bu saziş təklifini qəbul etməkdən boyun qaçırmışlar.

Bu vaxt dostlaşma və hərbi yardım məsələsi haqda danışıq aparmaq məqsədilə Fətəli şah tərəfindən Napoleonun yanına elçi göndərilmişdir. O, uzun danışıqlardan sonra 1807-ci ilin may ayında Fransa imperatoru ilə bir giriş və 16 maddədən ibarət bir saziş bağlanmışdır.Həmin sazişdən sonra hərbi yardım haqqındakı maddələri icraetməkməqsədi ilə Napoleon Qacar dövlətinə bir heyət göndərməyiqərara almışdır. Buna görə də o, inanılmış,işbilən,təcrübəli sərkərdələrdən ibarət nümayəndə heyəti yaratmış və Qacar dövləti haqda məlumatı olan general Qardanı bu nümayəndə heyətinə başçı təyin edərək Qacar dövlətinə doğru hərəkət etməyi əmr vermişdir.

Zahirən Fətəli şah və Abbas Mirzənin hərbi,siyasi tələblərini təmin etmiş bu məşhur sazişdə elə ikimənalı,qeyri-müəyyən maddələr yazılmışdır ki,Napoleon istədiyi vaxt cürbəcür bəhanələrlə onları icra etməkdən boyun qaçıra bilərdi.

Napoleon və Fransa dövlətinin boyunlarına götürdüyümüqavilə təəhhüdləri bunlardan ibarətdir:

1.Hazırki vəziyyətdə Qacar ölkəsinin istiqlaliyyətini mühafizə etməlidir.

2.Qacar dövlətinin Gürcüstan üzərində hakimiyyət hüququnu təsdiq etməlidir.

3.Qacar ərazisini (Qafqaz nəzərdə tutulur) və Gürcüstanı başaltmağa Rusiyanı məcbur etmək üçün və Fransadan 20 min tüfəng almaq üçün fransalı hərbi xadimlərlə bir müqavilə bağlanmış,sonra isəQacar dövləti Fransa arasında ticarət və hərbi əməliyyat üçün Xark adasını da(Kəngər körfəzinin şimalında ada) fransızların ixtiyarına vermişdir.

Marşalİvan Qudoviç tərəfindən irəli sürülmüş saziş təklifi

Sisianovun öldükdən sonra Rusiya imperatoru I Aleksandr Avropacəbhəsində böyük naliyyət və qələbələr qazanmış generallardan birini Qafqazdakı qoşunlarına komandan təyin etmişdir.1806-ci ildə yeniordu komandanı bir çox yeni qüvvələrlə birlikdə Kızlar yolu ilə Tiflisə gəlmiş,Qafqazı qəti ələ keçirmək və Qacar ordusunu darmadağın etmək məqsədi ilə Qacar dövlətini bütövlükdə fəth etməyi qərara almışdır.

Abbas Mirzə bu zaman yeni düşmən ordusunun gələcəyini və şiddətli bir hücum başlayacağını qabaqcadan duyub onun qabağını almaq üçün hazırlıq görmüşdür.Lakin bu vaxt,bədbəxtlikdən,bütün müharibə məntəqələrində,xüsusən Azərbaycanda qəhətlik və ərzağın az olmasınəticəsində Qacar qoşunları acınacaqlı bir vəziyyətə düşmüş idi. Ümidsizlik törədən bu vəziyyət Abbas Mirzənin cəsarətini zəiflətməmiş əksinə,bu haqda ciddi tədbirlər görmək,yeni qoşunlar təşkil edib düşmən qarşısına göndərmək üçün daha cəsarətli çalışmasına səbəb olmuşdur.

Qaimməqam (mayor rütbəsi ilə polkovnik rütbəsi arasında hərbi rütbə, podpolkovnik) Mirzə Büzürgün fədakarlığı və işbilənliyi nəticəsində yeni təlimat almış və ölkənin müxtəlif nöqtələrindən təkcə Azərbaycana göndərilmiş Türk irqinə mənsub döyüşkən əsgərlərlə öz qoşunlarını təkmilləşdirib düşmənə qarşı əks hücum hazırlamışdı.

Rus ordusunun Qafqaz komandanı 1806-1809 olmuş general-feldmarşal İvan VasilyeviçQudoviç həmləyə başlamazdan əvvəl öz nümayəndəsi Stepanov vasitəsi iləNaibüssəltənə Abbas Mirzə və Fətəli şaha saziş təklifi etmişdir.Bəlkə də rus ordu komandanı elə təsəvvür etmişdir ki, arasıkəsilməyən müharibələr nəticəsində Qacar qoşunu tamamilə pozulmuşdur,ona görə də bir nümayəndə göndərib saziş təklif etməklə öz arzusuna yetişəcək,bütün Qafqaz üzərində Rusiya imperiyasının bayrağını dalğalandıracaqlar.

Stepanov əvvəl Təbrizə-Abbas Mirzənin yanına getmiş,Qudoviçin tövsiyəsi ilə Rusiya imperatoru I Aleksandr tərəfindən göndərilmiş bahalı hədiyyələri təqdim etdikdən sonra rus marşalının lovğa və təkəbbürlü məktubunu Abbas Mirzəyə vermişdir.

Rus Qafqaz ordu komandanı tərəfindən Abbas Mirzəyə göndərilmiş bu məktubda özünü ədalətpərvər,qonşu dövlətlərin xoşbəxtliyinin tərəfdarı kimi göstərən Rusiya imperiyasının haqsız olaraq başqa dövlətə yazdığı qəribə bir məktub idi.Təkliflər isə Kür, Araz və Arpaçay sularının iki dövlət arasında sərhəd qəbul edilməsi və vaxtı itirmədən iki tərəfinsazişi təcili imzalanmasından ibarətdir.

Abbas Mirzə bu qeyri-səmimi məktubu oxuduqda o qədər həyəcanlanıb hiddətlənmişdir ki,qeyri-ixtiyari sərkərdələrindən bir neçəsinin yanında məktubu cırmış,cəsarətli sərkərdələrinə dərhal qoşunlarını müdafiə və müharibə etməyə hazırlamağı əmr etmişdir.

Qacar-Rus Savaşları yeni dövrə

a) İrəvan savaşı

b) Hüseynqulu xan Sərdarın göstərdiyi qəhrəmanlıqlar

Rus sərkərdəsiİvan Qudoviç sazişi pozduqdan sonra hücum edəcəyini qabaqcadan hiss edən Abbas Mirzə tələsik Təbrizdən İrəvana və Naxçıvana qayıtmış və oradan Gəncə yaxınlığına gələcək rusların hücumunu gözləyib düşərgə salmışdır.

Qudoviç əvvəl ümumi planı icra etmək və sürətlə Qafqazı əldə etmək məqsədi ilə İrəvana hücum etmişdir.Şəvval ayının 9-da səhərə yaxın rus qoşunları sərkərdələrinin əmri ilə bu şəhərin qala divarlarına dörd tərəfdən atəşaçmışlar.Qarşılarında duran möhkəm İrəvan qalasını yarıb şəhərə yol açmaq üçün onlar qabaqcadan hazırladıqları nərdivanları çiyinlərində xəndəkdən keçirib qala divarlarına söykəmişlər.İrəvan müdafiəçiləri qoçaq sərkərdələri Hüseynqulu xan Sərdarın (Hüseynqulu xan Qovanlı-Qacar) əmri ilə qalanın üstünə böyük məşəllər qoyub,qəzəbdən titrəyən əllərində siyrilmiş qılınc və tüfəng rusları pusqulayırdılar.Ruslar cüzi bir müqavimətə belə rast gəlmədən bir-birinin ardınca nərdivanla yuxarı çıxırdılar.Bu zaman xəstələnib taqətdən düşmüş Hüseynqulu xan Sərdar qoçaqlıq göstərib yerindən durmuş,əsgərlərinə əmr etmişdir ki,qəfildən məşəlləri yandırıb rusları qala divarı üstündə qəlınc və tüfəng ilə həlak etsinlər.Beləliklə,heç bir müqavimət görmədən qala divarı üstünə çıxmış ruslar birdən-birə Qacar ordusunun güclü müqavimətinə rast gəlmiş,özlərini itirmişdilər.Müdafiəçilər isə qılınc və tüfənglə onları həlak etmişlər.

Hüseynqulu xan Sərdar qoşunlarının qabağında gedərək onları müqavimət göstərməyə və həmləyə maraqlandırırdı.Qala divarlarının üstündə,məşəllərin işığında,getdikcə qızğınlaşan bir neçə saat davam edən savaş ərzində ruslar üç min tələfat və iki min yaralı verərək sürətlə geri çəkilmişlər.

Bu vaxt şah tərəfindən yardımçı qüvvələrlə birlikdə göndərilmiş İsmayıl xan Qacar Abbas Mirzənin qərargahına gəlmişdir.Abbas Mirzə ordusunu müharibə üçün səfərbərliyə alıb Əfşar və Xəmsə atlı,piyada hissələri ilə birlikdə Naxçıvana doğru yollanmışdır.İrəvanda parlaq qələbə çalmışHüseynqulu xan Sərdar İsmayılxan Qacarla birlikdə Abbas Mirzənin tapşırığı üzrə qoşunun qabağında hərəkət edirdilər.Rus sərkərdəsi Qudoviç Abbas Mirzənin gəldiyini bildikdə öz səngərindən çıxıb geri çəkilmək məcburiyyətində qalmışdır.İsmayıl xanQacar sürətlə onun ardınca yollanıb yarı yolda rusəsgərləri ilə döyüşərək onlara elə zərbə endirmişdir ki, (17 noyabr 1808-ci ildə) bir çox rus əsgərləri qaçıb Abbas Mirzənin qoşununa pənah gətirmək məcburiyyətində qalmışdır.Bu döyüşdə qənimət olaraq çoxlu hərbi sursant və toplarQacarların əlinə keçmişdir.

Qudoviç salamat qalmış əsgərləri ilə çətinliklə Abbas Mirzənin qoşununun əlindən qurtarıb özünü Gürcüstana yetirmişdir. Qudoviçin qaçan yaralı əsgərlərindən biri də sağ qalmayıb yolda soyuqdan həlak olmuşlar.Qudoviçin əsgərlərinin bir hissəsi isə qarlı dağlarda xeyli əzab-əziyyət çəkərək qardan soyuqdan tələf olmuşdur.

Abbas Mirzə başqa yerlərdə qalan rus qoşunları ilə savaşdıqdan sonra Qarabağa getmiş,daha sonra Naxçıvanşəhərinə və oradakı qarnizona baş çəkib Təbrizə doğru yollanmışdır.O,məcaraçı və əldə etdiyi naliyyətləri Fətəli şah sarayına xəbər vermişdir.

Bu vaxt Abbas Mirzəyə son döyüşlərdə ağır yaralanmış vətənpərvər və igid Qacar sərkərdəsi Əli xan Qacarın ölüm xəbərini vermişlər.

Abbas Mirzə bu Qacar sərkərdəsinin göstərdiyi fədəkarlığa,qəhrəmanlığa görə onun cəsədini hərbi ehtiramla və hörmətlə dəfn etməyi əmr etmişdir.

Ardı var

Seçilən
23
1
turkustan.az

2Mənbələr