AZ

Netanyahu və digər siyasətçilər Qəzzada “soyqırımı qızışdırmaqda” ittiham olunur

BMT-nin beynəlxalq araşdırma komissiyasının ekspertləri bildirirlər ki, İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin digər aparıcı siyasətçiləri Qəzza zolağında Fələstin xalqına qarşı soyqırımı qızışdırıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BMT-nin beynəlxalq araşdırma komissiyası məlumat yayıb.

Komissiya həmçinin İsrail prezidentinin İsaak Hersoq, baş nazir Benyamin Netanyahu və o vaxtkı müdafiə naziri Yoav Qalantın soyqırımı qızışdırdığı qənaətinə gəlib və İsrail hakimiyyətinin onlara bu təhrikə görə cəza tətbiq etmədiyini vurğulayıb.

Hesabatda qeyd edilir ki, komissiya bütün İsrail siyasətçilərinin bəyanatlarını təhlil etməyib, lakin əldə olunan materiallar və ifadələr əsasında müəyyən şəxslərin soyqırımı qızışdırmaqda rolunun olduğu nəticəsinə gəlinib.

Komissiya sədri Navi Pillay bildirib ki, beynəlxalq ictimaiyyət “İsrailin Qəzzada Fələstin xalqına qarşı başlatdığı soyqırım kampaniyasına səssiz qala bilməz”.

O əlavə edib: “Soyqırımın aydın əlamətləri və dəlilləri görünəndə, onun qarşısını almaq üçün tədbir görməmək iştirakçılığa bərabərdir”.

Seçilən
13
operativmm.az

1Mənbələr