AZ

Mərkəzi Elmi Kitabxana könüllülər üçün yeni qəbul elan edib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) gənclər üçün könüllü qəbulunu elan edib. Kitabxana işi sahəsində praktiki bacarıqlar qazanmaq, sosial və peşəkar vərdişlər əldə etmək istəyən 18-35 yaş arası gənclər “MEK könüllüləri” proqramına qoşula bilərlər.

Bu barədə AZƏRTAC-a MEK-dən bildirilib.

Seçim mərhələsi CV-lərin qiymətləndirilməsi və müsahibədən ibarət olacaq. Könüllülər üç ay müddətinə fəaliyyət göstərəcək, təlimlərdə iştirak edəcək və müxtəlif sosial bacarıqlar qazanacaqlar. Aktivliyi ilə fərqlənən könüllülərə tövsiyə məktubu və sertifikat təqdim ediləcək. Könüllülər MEK-in gündəlik fəaliyyətinə dəstək göstərmək və tədbirlərinin təşkili, oxuculara kitabxana xidmətlərinin göstərilməsi, həmçinin kitabxananın sosial şəbəkə fəaliyyətinə töhfə vermək imkanına sahib olacaqlar.

Müraciətlər oktyabrın 10-dək qəbul edilir. Elanla bağlı ətraflı məlumatı buradan əldə etmək olar. Əlaqə: (+99412) 539 73 65, e-poçt: [email protected]

Qeyd edək ki, “MEK könüllüləri”nin əsas fəaliyyət istiqamətləri ilə könüllülərin rəsmi sosial şəbəkələri vasitəsilə tanış ola bilərlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
2
azertag.az

3Mənbələr