AZ

Ramin Məmmədov Şabranda məscidlərin fəaliyyəti ilə tanış olub


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 15-də Şabran şəhərindəki “Dəvəçikənd”, “Xıdır Zində” və Şabran rayonu Rəhimli kənd məscidlərini ziyarət edib.

Ramin Məmmədov məscidlərin ümumi vəziyyəti, ibadət şəraiti və dini ayinlərin icrası ilə maraqlanıb. Komitə sədri bildirib ki, Azərbaycan dövləti daim milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi-mədəni irsimizin mühüm tərkib hissəsi olan ibadət yerlərinin qorunması, təmiri və bərpası istiqamətində ardıcıl addımlar atılır. Bununla yanaşı, dini icmaların sağlam mühitdə fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılır, onların maarifləndirici və mədəni təşəbbüslərinə dəstək verilir. Bu siyasətin məqsədi həm xalqımızın qədim dini-mənəvi irsinin qorunması, həm də gələcək nəsillərin milli kimliyimizə, ənənələrimizə və dəyərlərimizə sadiq ruhda böyüməsidir.

Görüşlərdə həmçinin dini maarifləndirmə tədbirlərinin davam etdirilməsi və dövlət-din münasibətlərinin inkişafı istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib. Dini icmaların fəaliyyətinin şəffaf və qanunvericiliyə uyğun şəkildə təşkil edilməsinin vacibliyi vurğulanıb.

Din xadimləri dövlət tərəfindən göstərilən qayğını yüksək dəyərləndirdiklərini qeyd edərək, dini dəyərlərin qorunmasına həssas münasibətdən məmnunluqlarını ifadə ediblər.

Seçilən
12
1
baki-xeber.com

2Mənbələr