AZ

"Məqsədimiz qızların işıqlı gələcəyi naminə maarifləndirməyə tövhə verməkdir" - Elnurə Abuşova

“Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi yeni layihənin icrasına başlayıb.

QHT.az xəbər verir ki, bu barədə "Ailə və Uşaqlara Sosial Dəstək" İctimai Birliyinin rəhbəri Elnurə Abuşova bildirib. Onun sözlərinə görə, “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” adlanan təşəbbüs erkən nikahların qarşısının alınması, qızların təhsilə daha çox cəlb olunması və sağlam ailə dəyərlərinin təşviqinə xidmət edir:

"Layihə Masallı, Lənkəran, Neftçala və Salyan rayonlarını əhatə edəcək. Əsas hədəf qrup isə bu bölgələrdəki yuxarı sinif şagirdləri, valideynlər və gənclərdir. Layihə çərçivəsində valideynlər və icmalar arasında maarifləndirmə tədbirləri keçiriləcək. Məqsədimiz erkən nikahın mənfi təsirləri barədə ictimai məlumatlılığı artırmaq, qızların təhsildən kənarda qalmalarının qarşısını almaq və onların gələcəkdə həm təhsil, həm də peşəkar həyatlarında daha inamlı olmalarına dəstək verməkdir”.

 

Pərvanə Fərhadqızı

Seçilən
23
qht.az

1Mənbələr