AZ

“Azərbaycanın razılığı olmadan Türkiyə və Ermənistan sərhədinin açılması real görünmür”

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Vaşinqton danışıqlarından sonra hazırda Türkiyə-Ermənistan münasibətlərində yaxınlaşmanın və əlaqələrdəki intensivləşmənin baş verməsi normal qəbul edilməlidir. Çünki faktiki olaraq Türkiyə-Ermənistan sərhədinin bağlı olmasının əsas səbəbi Azərbaycan və Ermənistan arasında olan münaqişə idi, xüsusilə də Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi faktı idi”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh sənədi imzalanacağı təqdirdə sərhədlərin açılması da reallaşa bilər: “Türkiyə tərəfi bu prosesləri yaxından izləyir, Türkiyə Azərbaycanla razılaşdırmadan, Azərbaycanın razılığı olmadan Türkiyə və Ermənistan sərhədinin açılması real görünmür. Ancaq istənilən halda Zəngəzur dəhlizinin işə düşməsi ilə Ermənistanın da bu şəbəkəyə qoşulması arzuolunandır və bu da planlara uyğundur. Düşünürəm ki, Ermənistan da bu şəbəkəyə qoşulmaqla həm Azərbaycan vasitəsilə Şimal-Cənub nəqliyyat dəhlizinə qoşula biləcək, eyni zamanda, Türkiyə vasitəsilə Avropaya da çıxış əldə etmiş olacaq”.

Onun sözlərinə görə, buna paralel olaraq Azərbaycan və Ermənistan arasında digər kommunikasiyaların açılması da gözlənilir: “Ermənistan prosesləri sürətləndirərsə, götürdükləri öhdəlikləri yerinə yetirərsə, təbii ki, biz ən qısa zamanda sülh sazişinin imzalanmasına şahidlik edə biləcəyik. Həmçinin nəqliyyat dəhlizlərinin açılması, infrastruktur layihələrinin sürətlənməsi və eləcə də bütün bu proseslərlə paralel olaraq Ermənistan-Türkiyə sərhədində də açılma reallaşa bilər”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
icma.az

1Mənbələr