AZ

"Spotify" istifadəçiləri üçün sevindirici xəbər: Premium funksiyalar artıq pulsuzdur

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Spotify" platforması artıq pullu abunəliyi olmayan istifadəçilər üçün də imkanlarını xeyli genişləndirib.
Oxu.Az bu barədə şirkətin rəsmi saytına istinadla xəbər verir.
Bildirilir ki, bundan sonra bütün istifadəçilər istədikləri mahnını axtarıb dinləyə, həmçinin dostlarının paylaşdığı musiqiləri dərhal izləyə biləcəklər.
Yenilənmələr çərçivəsində istifadəçilərə öz şəxsi "pleylist"lərini yaratmaq və onları tam fərdiləşdirmək imkanı da təqdim olunub. Artıq "pleylist"lərə fərdi şəkillər, rənglər və mətn effektləri əlavə etmək mümkündür. Bu funksiya 128 ölkədə aktivdir.
Platformada, həmçinin "daylist" adlı yeni "pleylist" istifadəyə verilib. O, günün vaxtına və istifadəçinin əhvali-ruhiyyəsinə uyğun musiqilər təklif edir. Bundan əlavə, "Discover Weekly" və "Release Radar" bölmələri dinləmə tarixçəsinə əsaslanaraq fərdi musiqi tövsiyələri və sevilən ifaçıların ən son mahnılarını təqdim edir.
Yeniliklər sırasında daha bir maraqlı funksiya da var: mahnıların sözlərini dinləmə zamanı izləmək və onları sosial şəbəkələrdə - məsələn, "Instagram" və ya "WhatsApp"da paylaşmaq mümkündür.
"Spotify"ın açıqlamasında bildirilib ki, bütün bu funksiyalar artıq pulsuz istifadəçilər üçün də əlçatandır. Beləliklə, əvvəllər yalnız ödənişli abunəçilərə açıq olan bir çox imkan indi hər kəs üçün yaradılıb.
Seçilən
35
oxu.az

1Mənbələr