AZ

Ölümcül xəstəliyə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Son zamanlar görünüşü ilə gündəm olan müğənni Deniz Seki haqqında yayılan "ölümcül xəstəliyə tutuldu" şayiələrinə aydınlıq gətirib.

Far.Az xəbər verir ki, sənətçinin həddən artıq çəki atması bu xəbərlərin yayılmasına səbəb olub.

İfaçı sosial şəbəkə hesabında paylaşım edərək buna aydınlıq gətirib.

O bildirib ki, qısa müddət əvvəl koronavirusa tutulub və sonra sağalıb.

"Son vaxtlar mənim barəmdə ölümcül xəstəliyə tutulmağımla bağlı yayılan xəbərlər tamamilə əsassızdır. Bu, belə deyil. Həqiqət budur: mən bu yaxın zamanlarda koronavirusa yoluxdum. Şükürlər olsun ki, bunun öhdəsindən gəldim. Sağlamlığım yaxşıdı".

Seçilən
16
1
far.az

2Mənbələr