AZ

Təhsil sektoruna 5 milyard manata yaxın pul ayrılır

Gələn il dövlət büdcəsində təhsil üzrə xərclərə 4 milyard 985.8 milyon manat ayrılması proqnozlaşdırılır.

Bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb.

Beləliklə, təhsil üzrə xərclərinin büdcədə xüsusi çəkisi 12 faiz olacaq.

Təhsil üzrə xərclər 2025-ci illə müqayisədə 48,5 milyon manat, yaxud 1 faiz qədər çox olacaq. 2025-ci ildə büdcədə təhsil üzrə 4 milyard 937,3 milyon manat xərc nəzərdə tutulub.

AzPost.az

Seçilən
0
5
azpost.info

7Mənbələr