Bakı. Trend:
“Uşaqların gündəlik qidalanmasında səhər yeməyinin önəmi çoxvacibdir. Səhər yeməyində daha çox yumurta, süd məhsullarındanpendir, yağ və s. bu kimi qidalara üstünlük verməli, mütləq şəkildəmövsümi meyvə, tərəvəzlərdən istifadə edilməlidir”.
Trend xəbərverir ki, Bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlamradio”nun səhər proqramında pediatr Gülnaz Ağayeva açıqlayıb.
Onun sözlərinə görə, gün ərzində 2-3 meyvə və 4-5 tərəvəzinqəbulu vacib hesab olunur:
“Eyni zamanda, uşaqların qida menyusunda ətdən, balıqdan,toyuqdan istifadəsi tövsiyə olunur. Hər birindən həftənin ikigünündə istifadə edə bilərlər və bir qida qəbulunda yaxşı olar ki,2 fərqli heyvan ətindən istifadə etməsinlər. Belə olan halda həzmprosesi zəifləyir, qəbul olunan qidalar doğru şəkildə həzm olunmur.Eyni zamanda, balıq, dəniz məhsulları omeqa 3, yağ turşuları, Dvitamini ilə zəngindir. Bu da uşaqların inkişafında çox böyük roloynayır”.
Pediatr qeyd edib ki, gündəlik rasionda mütləq istifadə edilənrəngli meyvə və tərəvəzlər, zülal baxımından zəngin qidalar, süd vəsüd məhsulları immunitetin güclənməsi üçün vacibdir:
“Tam taxıllar (yulaf, qreçka, qarabaşaq, qara çörək) uşağınenerji balansını saxlayır. Qoz, badam, fındıq, ərik qurusu, kişmişkimi quru meyvə və çərəzlər həm enerji verir, həm də dəmir,maqnezium, sink kimi minerallarla zəngindir. Uşağın gündəlik mayeqəbulu vacibdir, su içməyi vərdiş halına gətirmək lazımdır. Şəkərliiçkilər, qazlı sular, çoxlu şokolad və paketlənmiş fast-foodməhsulları immun sistemini zəiflətdiyi üçün uzaq tutulmalıdır”.
G.Ağayeva bildirib ki, uşaqlara qida mütləq müəyyən rejimlə,kiçik porsiyalarla və gündə 4-5 dəfə verilməlidir:
“Axşam yeməkləri yüngül, amma vitamin-mineral baxımındanbalanslı olmalıdır. Qidalanma ilə yanaşı, normal yuxu rejimi, təmizhavada gəzmək, fiziki aktivlik də immun sistemini gücləndirən əsasamillərdəndir”.