AZ

İranda ard-arda zəlzələlər oldu

Bu gün səhər saatlarında Buşəhr əyalətinin Əsəluye şəhərində bir neçə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat verib.

Məlumata görə, saat 00:33-də 4,1 bal gücündə ilk zəlzələ qeydə alınıb.

Bundan 7 dəqiqə sonra 3,7 bal gücündə ikinci təkan baş verib. Daha sonra saat 01:43-də isə 2,9 bal gücündə üçüncü zəlzələ müşahidə olunub.

Zəlzələlər nəticəsində dağıntı və insan itkisi ilə bağlı məlumat verilməyib.

Seçilən
47
1
axar.az

3Mənbələr