AZ

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasına start verir

Bu gün “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyada “Benfika”nın qonağı olacaq.

Azərbaycan klubunun həmyaşıdları ilə matçı saat 14:00-da başlayacaq.

UEFA Gənclər Liqası
I tur
16 sentyabr

14:00. “Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan)
Baş hakim:
Ceymi Robinson (Şimali İrlandiya)

Qeyd edək ki, “Qarabağ” U-19 növbəti görüşünü oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qarşı keçirəcək.

İdman.biz

Seçilən
15
1
idman.biz

2Mənbələr