AZ

Elşad Məmmədov: “İnflyasiya ilə mübarizədə ilk növbədə yerli istehsal stimullaşdırılmalıdır”

İqtisad elmləri doktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib ki, inflyasiyanın azaldılması və dayanıqlı müsbət nəticələrin əldə olunması üçün əsas diqqət yerli istehsalın stimullaşdırılmasına yönəldilməlidir.

O qeyd edib ki, bunun üçün investisiyaların həcminin artırılması vacibdir: “Qısamüddətli effekt baxımından pul kütləsinin daralması inflyasiyanın azaldılmasına şərait yarada bilər. Amma uzun müddətdə bu daha kəskin inflyasiya artımına səbəb ola bilər. Ona görə də inflyasiya ilə mübarizədə ilk növbədə istehsalın stimullaşdırılması, yerli məhsul və xidmətlərin bazarda həcminin artırılması vacibdir”.

Professor Elşad Məmmədov yerli istehsalın gücləndirilməsinin həm iqtisadi sabitlik, həm də əhalinin rifahı üçün mühüm olduğunu vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
20
qht.az

1Mənbələr