AZ

Hadrut sakinləri təəsüratlarını bölüşdülər: "Prezident bizim ilk qonağımız oldu"

"Mən buradan çıxanda 13 yaşım var idi, indi isə 50 yaşım var. 37 ildən sonra öz vətənimə, doğma yurduma qayıtmışam".

Bu sözləri Baku TV-yə açıqlamasında Hadrut sakini Zahid Mustafayev deyib.

O bildirib ki, həyat yoldaşı və üç övladı ilə birlikdə doğma yurda qayıdıb:

"Hisslərimin həddi-hüdudu yoxdur. Prezidentimizə təşəkkür edirəm ki, bizə belə bir şərait yaratdı".

Hadrut sakini Flora Mustafayeva isə qeyd edib ki, bura təsəvvüründən də gözəldir:

"Hadrutu əvvəllər görməmişdim, yalnız yoldaşımın danışdıqlarından təsəvvürüm vardı. Prezidentimiz bizim ilk qonağımız oldu. Bu, sözlə ifadə olunmaz hissdir".

Ətraflı süjetdə:

Seçilən
37
1
far.az

2Mənbələr