AZ

Qəzzada İsrail əməliyyatı: 60-dan çox insan həlak olub...

Aviazərbələrdə yaşayış binaları və şəhərin ən hündür qülləsi dağıdılıb...

Poliqon xəbər verir ki, İsrailin son hərbi əməliyyatı nəticəsində Qəzza zolağında bir sutka ərzində azı 62 nəfər həyatını itirib. Bu barədə fələstinli həkimlərə istinadən Fələstin xəbər agentliyi WAFA məlumat yayıb. Bildirilib ki, qurbanların əksəriyyəti Qəzza şəhərindəndir.

Məlumata görə, İsrail Müdafiə Ordusunun (CAXAL) aviazərbələri yaşayış məhəllələrini hədəf alıb. Zərbələr nəticəsində bir sıra evlərə ciddi ziyan dəyib, şəhərin ən hündür qülləsi də dağıdılıb. İsrail mediası, xüsusilə Ynet, yalnız 20 dəqiqə ərzində Qəzza ərazisinə 37 ayrı hücumun həyata keçirildiyini yazıb.

Bundan əlavə, “Axios”un məlumatına görə, sentyabrın 16-na keçən gecə İsrail ordusu daha bir quru əməliyyatına start verib. Əməliyyatın əsas məqsədinin Qəzza şəhərinin tam ələ keçirilməsi və “HƏMAS” hərəkatının sıradan çıxarılması olduğu bildirilir. Qeyd edilir ki, ABŞ bu əməliyyatı dayandırmaq üçün İsrailə təzyiq göstərməyib.

Poliqon.info

Seçilən
72
poliqon.info

1Mənbələr