AZ

Kürdəmirdə "Hyundai" aşdı: Ölən və yaralanan var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Naxçıvan şəhər sakini, 1997-ci il təvəllüdlü Novruz Etibar oğlu Mehdiyev "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarına aşırıb.
Hadisə nəticəsində avtomobildə olan 1988-ci il təvəllüdlü Fuad Etibar oğlu Məmmədov ölüb, 1990-cı il təvəllüdlü Coşqun Cavid oğlu Nuriyev isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Seçilən
52
oxu.az

1Mənbələr