Sentyabrın 16-da Amerika fond bazarlarında Dow Jones indeksi 0.11% – 45,883.45 bəndədək , S&P 500 indeksi 0.47% – 6,615.28 bəndədək, Nasdaq indeksi isə 0.94% – 22,348.75 bəndədək artıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 16-da FTSE 100 indeksi 0.07% – 9,277.03 bəndədək azalıb, Almaniyanın DAX indeksi 0.21% – 23,748.86 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.92% – 7,896.93 bəndədək artıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,15% artaraq 1.1779 dollar təşkil edib.