AZ

Masallıda abadlıq və xeyriyyə işləri - 01-15 sentyabr 2025 » AzadMedia.az


Rayonda əhalinin sosial rifahının yüksəldilməsi və infrastrukturun müasirləşdirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Xüsusilə ərazilərdə əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılması istiqamətində təmir-bərpa, abadlıq, elektrik, qaz, su xətlərində təmir və yenidənqurma işləri aparılmışdır. Əkin sahələrinin suvarılmasından ötrü su kanallarının təmizlənməsi və bərpası işləri görülmüşdür. Aztəminatlı ailələrə və yardıma ehtiyacı olan şəxslərə maddi yardım göstərilmişdir.

Belə ki, Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Xıl ərazisində 580 metr, Qarğalıq ərazisinin Eminli kəndində 450 metr, Xırmandalı ərazisində 400 metr, Təzəkənd ərazisində 260 metr məsafədə suaparıcı kanal təmizlənmişdir. Sığdaş ərazisinin Xanalion kəndində çayın üzərinə 3 ədəd 1000 mm diametrli suötürücü boru qoyulmuşdur.

Masallı rayon Elektrik şəbəkəsi tərəfindən Hişkədərə ərazisində 5 ədəd, Çaxırlı ərazisində 2 ədəd və Yeyənkənd ərazisində 1 ədəd elektrik dirəyi yenisi ilə əvəz olunmuşdur. Miyanku və Sərçuvar ərazisində elektrik xətlərinə maneə yaradan ağaclar budanmışdır. Bədəlan ərazisində 780 metr, Qızılavar ərazisində 600 metr və Banbaşı ərazisində 220 metr məsafədə gecə işıqlandırma sistemi quraşdırılmışdır.
Boradigah, Banbaşı , Qızılavar, Güllütəpə, Xırmandalı, Hişkədərə, Çaxırlı, Qəriblər, Təklə və Sığdaş ərazilərində dövlət bayraqlar yenisi ilə əvəz olunmuşdur.

Yeni tədris ilinin başlaması ilə əlaqədar Masallı şəhər 55, Təzə Alvadı 27, Xırmandalı ərazisində 24, Həsənli 27, Səmədxanlı 26, Qızılağac 23, Ərkivan 19, Təklə 14, Yeyənkənd 16, Mahmudavar 12, Sığdaş 12, Mahmudavar 12, Təzəkənd 11, Banbaşı 10, Qodman 8, Sərçuvar 8, Boradigah 7, Böyük Kolatan 6, Qarğalıq 8, Göyəçöl 6, Çaxırlı 6, Hişkədərə 5, Öncəqala 4, Qəriblər 4, Şərəfə 3, Yeddioymaq 3, Lürən 3, Xıl 2, Köhnə Alvadı 2, Tüklə 1 və Şıxlar ərazisində 1 aztəminatlı ailələrin övladlarına məktəbli geyiminin verilməsi təmin edilmişdir.

Təklə ərazisinin Sığıncaq kəndində 50, Ərkivan ərazisində 45, Bədəlan ərazisində 35 və Hişkədərə ərazisində 24 aztəminatlı ailəyə ərzaq yardımı göstərilmişdir. Yeyənkənd ərazisində 4 və Həsənli 2 aztəminatlı ailəyə maddi yardım göstərilmişdir. Türkoba ərazisində yeni işıqfor quraşdırılmışdır.

Çaxırlı ərazisində bulağın su matoru yenisi ilə əvəz olunmuşdur. Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən evi yanan vətəndaş üçün yeni tikilmiş evin həyətində su quyusu qazılmışdır. Təzə Alvadı ərazisində 10 ədəd və Təzəkənd ərazisində 9 ədəd zibil qutusu alınmışdır. Banbaşı ərazisinin Böyük Xocavar kəndində xeyriyyəçilər tərəfindən mərasim evinə stol-stul alınmışdır.

Təzə Alvadı ərazi nümayəndəliyinin inzibati binasında təmir işləri aparılmışdır. Ərkivan qəsəbəsinin Pələküştə küçəsində mərasim evinin tikintisinə başlanılmışdır.
Seçilən
21
1
azadmedia.az

2Mənbələr