AZ

Apple “maye şüşə effektli” iOS 26-nı təqdim edib

“Apple” “maye şüşə” effektli iOS26, iPadOS26, watchOS 26 və macOS 26 əməliyyat sistemlərini təqdim edib. Xatırladaq ki, şirkət interfeysin yenilənmiş dizaynını 9 sentyabrda keçirilən təqdimat zamanı nümayiş etdirib.

iOS 26Yeni sistem ikinci nəsil iPhone SE, həmçinin mini daxil olmaqla bütün iPhone 11–17 modelləri ilə uyğun olacaq.

watchOS 26Quraşdırmaq üçün iOS 26 ilə işləyən iPhone 11 və daha yeni smartfon modeli tələb olunur. Əməliyyat sistemini dəstəkləyən saatlar: Apple Watch SE 2 və SE 3, Watch Series 6–11, Watch Ultra, Ultra 2 və Ultra 3.

macOS 26macOS Tahoe-nu 2020-ci ildən etibarən buraxılmış Apple Silicon prosessorlu MacBook Air və Pro modellərinin, 2019-cu il 16 düymlük MacBook Pro-nun, eləcə də 2020-ci il 13 düymlük MacBook Pro sahibləri quraşdıra biləcəklər. Yeni əməliyyat sistemini dəstəkləyən digər cihazlar: 2020-ci ildən başlayaraq buraxılmış iMac modelləri; 2022-ci ildən və daha yeni versiyalardan olan Mac Studio; 2020-ci ildən buraxılmış Mac mini; 2019-cu ildən başlayaraq buraxılan Mac Pro modelləri.

iPadOS26 Əməliyyat sistemi M4 çipli iPad Pro, 12,9 düymlük üçüncü və sonrakı nəsil iPad Pro modelləri, 11 düymlük birinci nəsil və daha yeni iPad Pro, M3 və M2 prosessorlu iPad Air, eləcə də üçüncü və daha sonrakı nəsil iPad Air modelləri üçün uyğundur. Siyahıya həmçinin A16 çipli iPad, səkkizinci nəsil və daha yeni iPad modelləri, eləcə də A17 Pro prosessorlu iPad mini və beşinci nəsildən etibarən bütün iPad mini modelləri daxildir.

Seçilən
17
banker.az

1Mənbələr