AZ

Polis korrupsiyada ittiham olunan israilli nazirin ofisinə basqın edib

İsrail polisi korrupsiya araşdırması çərçivəsində bu səhər ifrat sağçı Sosial Bərabərlik və Qadınların Təşviqi naziri May Qolanın ofisinə basqın edib.

Bakıvaxtı.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, İsrail polis qüvvələrinin tərkibində korrupsiya ittihamları ilə mübarizə aparmaq üçün yaradılan "Lahav 433" bölməsi korrupsiya, fırıldaqçılıq və vergi ödəyicilərinin pullarını mənimsəməkdə ittiham olunan nazir May Qolanı şübhəli qismində dindirilmək üçün çağırıb.

    İsrail polisi nazir Qolanın ofisinə və qohumlarının evlərinə basqın edib. Saxlanılan şübhəlilər arasında Qolanın müşaviri də olub və onun evində aparılan axtarış zamanı marixuana ferması aşkarlanıb.

    Seçilən
    46
    3
    bakivaxti.az

    4Mənbələr