AZ

Polşanın hava məkanını Böyük Britaniya təyyarələri qoruyacaq

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniya, Polşa üzərində hava məkanının pozulması hallarının artması fonunda, öz qırıcılarını Polşanın hava sahəsini müdafiə etmək üçün göndərəcək.

Bizimyol.info xəbər verir ki, "Sky News"in məlumatına görə, bu barədə Britaniya baş naziri Kiril Starmer bəyan edib.

Polşanın hava sahəsini müdafiə edəcək təyyarələr Krallıq Hava Qüvvələrinin "Typhoon" qırıcılardır. Onlar, NATO əməliyyatları çərçivəsində göndəriləcək.

Starmer: "Bu yalnız güc nümayişi deyil. Bu, yalnız Polşanın deyil, bütün NATO təhlükəsizlik sisteminin müdafiəsinə real töhfədir", - deyə bildirib.

Beləliklə, britaniyanın "Typhoon" qırıcılari, artıq NATO-nun şərq qarnizonu gücləndirən Danimarka, Fransa və Almaniya qüvvələrinə qoşulacaq.

Xatırladaq ki, əvvəlcə Polşa baş naziri Donald Tusk hökumət binalarının üzərində PUA-nın (pilotsuz uçuş aparatı) aşkar edildiyini və onun dərhal ələ keçirildiyini bildirmişdi. Polis iki Belarus vətəndaşını saxlayıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
bizimyol.info

1Mənbələr