AZ

"Ynet": İsrail Qəzzaya 20 dəqiqədə 37 zərbə endirib

İsrail Qəzza şəhərinə 20 dəqiqə ərzində 37 zərbə endirib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb.

Məlumata əsasən, İsrail Müdafiə Qüvvələri (İMQ) pilotsuz uçuş aparatları və helikopterlərdən istifadə edib, həmçinin artilleriya atəşi açıb. Qeyd olunur ki, şəhər sakinləri hücuma məruz qalan ərazilərdən kütləvi şəkildə təxliyə olunur.

"WAFA" agentliyinin tibb işçilərinə istinadən verdiyi məlumata görə isə, İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində bir sutka ərzində 62 nəfər həlak olub. Yaralıların sayı dəqiqləşdirilməyib.

Seçilən
14
2
ikisahil.az

3Mənbələr