AZ

Tanışının yanağından dişləyən şəxsə hökm oxundu

Göygöl Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İmran Babazadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Hüseynzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.


İttihama görə, təqsirləndirilən İmran Babazadə 2024-cü il iyulun 13-də, saat 20 radələrində Göygöl rayonu Köşkü kəndində yerləşən “Ələmdarın kafesi”nin həyətində mübahisə tanışlarının mübahisə etdiyini görüb. Təqsirləndirilən şəxs həmin mübahisəyə müdaxilə edərək, digər tanışı və zərərçəkmiş Vahid Məmmədov (adı, soyadı şərtidir) arasında yaranmış gərginliyi ayırmağa çalışıb.


Bu zaman hər iki tərəf yerə yıxıb və ətrafda olan şəxslər münaqişənin böyüməsinin qarşısını almağa çalışıb. Sonra İmran yumruqla Vahidin burun, sifət və alın nahiyələrindən vurub. Bu zaman zərərçəkmiş onu tutmağa çalışıb. Təqsirləndirilən şəxs isə onun sol yanağını dişləyib. Nəticədə zərərçəkmiş şəxsin burun sümüyünün qapalı sınığı, sol yanaq nahiyəsində yara və digər qısa müddətli sağlamlıq xəsarətləri alıb.

 

Kamal Məmmədov 

Tarix: 16 Sentyabr 2025, 08:05   
Seçilən
33
pravda.az

1Mənbələr