AZ

Ukraynada tələbə təqaüdləri iki dəfə artırılacaq

Musavat.com xəbər verir ki, Ukrayna Nazirlər Kabineti akademik təqaüdlərin artırılmasını planlaşdırır.

Qərara əsasən, bu artım dərhal və bütün tələbələrə deyil, mərhələli şəkildə tətbiq olunacaq.

Təhsil büdcəsi layihəsinə görə, ümumilikdə 265,4 milyard qriven (təxminən 11,6 milyard manat) xərclənməsi nəzərdə tutulur. Bu vəsaitin tərkibində 163,8 min tələbə üçün təqaüdlərin iki dəfə artırılmasına 6,6 milyard qriven (təxminən 290 milyon manat) ayrılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
1
olaylar.az

2Mənbələr