AZ

Yuta rəhbərliyi Kirkin qətlində şübhəli bilinən şəxs üçün ölüm cəzası tələb edəcək

Yuta ştatının hakimiyyəti siyasi fəal Çarli Kirkin qətlində şübhəli bilinən Tayler Robinsona qarşı birinci dərəcəli qətl ittihamı irəli sürəcək, bu da ona ölüm cəzası verilməsi üçün kifayətdir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin ədliyyə naziri - baş prokuroru Pem Bondi bəyan edib.

"Ona, ehtimal ki, sabah (16 sentyabr - red.) və ya bu həftənin növbəti günlərində birinci dərəcəli qətl ittihamı irəli sürüləcək. Düşünürəm ki, qubernator (Yuta ştatının - red.) artıq onların ölüm cəzası tələb edəcəkləri barədə danışıb, bu da Yuta ştatı üçün real addımdır", -o deyib.

Ədliyyə Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Yutada ən ali cəza növünün icra üsulu kimi güllələnmə tətbiq olunur.

Bondi federal hakimiyyətin də Robinsona əlavə ittihamlar irəli sürə biləcəyini istisna etməyib. "Onun qanunun maksimum gücünü hiss etməsi üçün ştatla birlikdə işləyəcəyik," - nazir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
1
olaylar.az

2Mənbələr