AZ

Çində 12 min yaşında olan rekord qədim mumiyalar aşkarlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beynəlxalq antropoloqlar qrupu Çin və Hind-Çin ölkələri ərazisində 4 000-12 000 yaşında olan, yandırıcı alovun və ya digər istilik mənbələrinin təsiri altında mumiyalanmanın kimyəvi izlərini daşıyan çoxsaylı insan qalıqları aşkar edib. Güman edilir ki, bu mumiyalar papuaslar və Avstraliya aborigenlərinin əcdadları tərəfindən qoyulub.
Oxu.Az bu barədə PNAS jurnalında dərc olunmuş məqaləyə istinadən xəbər verir.
Bildirilir ki, bədən anatomiyası və kəllə quruluşu baxımından bu mumiyaları yaradan mədəniyyətlər papuasların və Avstraliya aborigenlərinin əcdadları ilə eyni qoluna mənsub olublar. Fərziyyəyə görə, onlar Afrikadan daha əvvəl ayrılıblar və Cənub-Şərqi Asiyaya yerləşiblər.
Bu yerlər arasında böyük coğrafi məsafə olmasına baxmayaraq, bütün bu insanlar oxşar şəkildə dəfn ediliblər - onlar çöməlmiş vəziyyətdə olublar, tez-tez dizləri bədənlərinə sıx şəkildə sıxılıb və iplərlə və ya digər materiallarla bağlanıb.
Eyni zamanda, alimlər bu dəfnlərin bir hissəsində sümüklərdə alov təsirinin izlərini və qalıqlarla müəyyən manipulyasiyaların aparıldığını göstərən digər dəlillər aşkar ediblər.
Seçilən
63
2
oxu.az

3Mənbələr