AZ

"Lənkəran" millinin daha bir oyunçusunu heyətinə qatdı

"Lənkəran" Azərbaycan millisinin daha bir basketbolçusunu heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, söhbət U-18 millimizin şərəfini qorumuş və hazırda U-20-nin üzvü olan Hüseyn Əsgərlidən gedir.

O, bundan əvvəl Azərbaycan Basketbol Liqasında "Sərhədçi" və "Şəki" komandalarının formasını geyinib.

"Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Pərviz Mirzəyev, Raşed Diso,Teron Montqomeri, Nmeso Nnebedum və Akit Çoudharinin transferini həyata keçirib.

Seçilən
31
sportinfo.az

1Mənbələr