AZ

Meloni Koşta ilə Ukraynanı müzakirə etdi

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İtaliyanın Baş naziri Ciorcia Meloni Romada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşüb.

"Unikal" İtaliya Nazirlər Şurasına istinadla xəbər verir ki, görüşdə Ukrayna və Yaxın Şərqdəki vəziyyət əsas müzakirə mövzusu olub. Tərəflər, həmçinin beynəlxalq aktual məsələləri, o cümlədən oktyabrın 1-2-də Kopenhagendə keçirilməsi planlaşdırılan Avropa Şurası və Avropa İttifaqı ölkələrinin liderlərinin qeyri-rəsmi zirvə görüşü ilə bağlı qarşıda duran tədbirləri nəzərdən keçiriblər.

Qeyd edək ki, Antonio Koşta avqustun 27-də etibarən Avropa paytaxtlarına səfər edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
2
unikal.az

3Mənbələr