AZ

Rubio: Avropada hələ də Rusiya məhsulları alınır

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton, 15 sentyabr, AZƏRTAC

“Biz Rusiyaya qarşı sərt sanksiyaların tətbiq olunacağını tam bilirik və nə vaxtsa Prezident bunu edəcək”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib. O, bildirib ki, bununla bağlı Prezident süni şəkildə vaxt məhdudiyyəti qoymaq niyyətində deyil.

Lakin o, Avropanın da sərt sanksiyalar tətbiq etməsinin vacib olduğunu qeyd edib.

“Avropada hələ də Rusiya məhsullarını, o cümlədən neftini alan ölkələr var. Prezidentin avropalı tərəfdaşlarımıza dediyi odur ki, bizdən tətbiq etməyi xahiş etdikləri sanksiyaları özləri tətbiq etsinlər. Buna görə də, əgər onlar buna qəti şəkildə sadiqdirlərsə, bunu etməlidirlər”, - deyə Rubio əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
3
azertag.az

4Mənbələr