AZ

Hərbi təhsil müəssisələrində “Bilik günü” və andiçmə mərasimləri keçirilib

Bakı. Trend:

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyətgöstərən xüsusi təyinatlı təhsil müəssisələrində və Hərbi TibbFakültəsində (HTF) 15 sentyabr - “Bilik günü” qeyd olunub və gənckursantların təntənəli andiçmə mərasimləri keçirilib.

Bu barədə Trend-ə MüdafiəNazirliyindən məlumat verilib.

Tədbirlərdə xüsusi təyinatlı təhsil müəssisələrinin və HərbiTibb Fakültəsinin rəhbərliyi, şəxsi heyəti, o cümlədənprofessor-müəllim heyəti iştirak edib.

Əvvəlcə hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları önəçıxarılıb.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənuğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəliksükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Çıxış edənlər kursantları 15 sentyabr - “Bilik günü” və Hərbiandı qəbul etmələri münasibətilə səmimi qəlbdən təbrik edib,gələcəyin hərbi qulluqçularına Azərbaycan xalqına layiqli övlad,Vətənə, xalqa və Hərbi anda sadiq olmağı arzulayıb, nizam-intizamlaxidmət etmələrini tövsiyə ediblər.

Yeni qəbul olunmuş heyət adından çıxış edən gənc kursantlarkeçirilən tədbirlər münasibəti ilə şəxsi heyəti təbrik edərəkonlara təhsillərində müvəffəqiyyət arzu edib və yaradılmışşəraitdən məmnunluqlarını bildiriblər.

Sonda kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içib.

Seçilən
3
11
az.trend.az

10Mənbələr