ain.az bildirir, Turkstan.az portalına istinadən.
İran prezidenti Məsud Pezeşkian İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələri regionda təcavüzünü davam etdirən İsrailə qarşı birlikdə hərəkət etməyə çağırıb.Turkustan.az xəbər verir ki, Pezeşkian bildirib:
“Doha, Beyrut, Tehran, Dəməşq və Sənada çökən binaların dağıntıları altında yeni nizam formalaşacaq.”İsrailin Dohada HƏMAS üzvlərini hədəf alan hücumundan sonra keçirilən İƏT və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə toplantısında çıxış edən Pezeşkian vurğulayıb ki, İsrailin Qətərə hücumu müsəlman dünyasını “oyadıb.O əlavə edib ki, İsrailin bölgə ölkələrinə davam edən hücumları və bu hücumlarla bağlı hesabat verməkdən yayındığı fakt, bəzi Qərb ölkələrinin, xüsusilə ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyindən qaynaqlanır. Pezeşkian bildirib ki, İsrailin davam edən hərbi əməliyyatları bu ölkənin siyasətinin və Qərbin ona verdiyi “toxunulmazlığın” ayrılmaz hissəsidir.
Aytən Yaşar/ Turkustan.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.