AZ

"Mançester Siti"ni futbolçusu İtaliya klubuna icarəyə verir

Kalvin Fillips karyerasını İtaliyada davam etdirə bilər. 

"Offsideplus.az" xəbər verir ki, "Mançester Siti" yarımmüdafiəçini "Yuventus"a icarəyə verəcək. Bu barədə məlumatı "Corriere dello Sport" nəşri yayıb. Fillips özü də Turin təmsilçisinə keçmək niyyətindədir. Yarımmüdafiəçi İngiltərə millisinin heyətində AÇ-2024-də çıxış etmək arzusundadır. Bu səbəbdən də "qoca sinyora"ya keçməyə qərar verib.

Qeyd edək ki, Kalvin Fillips bu mövsüm "Mançester Siti"nin heyətində 10 matçda meydana çıxıb və 1 qol vurub.

Seçilən
396
28
offsideplus.az

10Mənbələr