AZ

Britaniya polisi Donald Trampın dövlət səfərinə hazırlaşır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

London, 15 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp sentyabrın 16-da Böyük Britaniyaya ikinci dəfə dövlət səfəri edəcək.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Tramp sentyabrın 17-də Vindzor qalasında Kral ailəsinin ənənəvi mərasimləri ilə qarşılanacaq. Burada at arabasında qala turu və möhtəşəm ziyafət də təşkil olunacaq. Sentyabrın 18-də isə Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidentini rəsmi iqamətgahlarından biri olan Çekersdə qəbul edəcək.

Temza Vadisi Polis İdarəsinin rəis müavini Kristian Bant “Reuters”ə açıqlamasında dövlət səfəri üçün bütün hazırlıqların tam görüldüyünü və bütün ehtimal olunan hallara hazır olduqlarını bildirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
1
azertag.az

2Mənbələr