“Qazprom Ermənistan” həmçinin əlavə edib ki, qeyd olunan müddət ərzində ölkə istehlakçılarının fasiləsiz və etibarlı qaz təchizatı daxili ehtiyatlar və İrandan əlavə qaz həcmləri hesabına təmin olunacaq.
Ajans.az xəbər verir ki, məlumatı “Qazprom Ermənistan” şirkəti yayıb. “16 sentyabr saat 09:00-dan 26 sentyabr saat 09:00-dək RusiyaFederasiyasının Stavropol diyarı ərazisində yerləşən “Şimali Qafqaz – Zaqafqaziya” magistral qazkəmərində planlı təmir işləri aparılacaq. Bu səbəbdən Ermənistana təbii qazın nəqli müvəqqəti dayandırılacaq”, – deyə şirkətin açıqlamasında bildirilir.