AZ

Azərbaycan ilə Litva arasında antidopinq sahəsində əməkdaşlıq genişləndirilir (FOTO)

Bakı. Trend:

Vilnüs şəhərində Litva Antidopinq Agentliyinin (LTUNADO)yaradılmasının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfranskeçirilib.

Trend xəbər verir ki,tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA)İcraçı direktoru Təhminə Tağı-zadə təmsil edib.

Konfransda antidopinq təşkilatlarının inkişafı və əməkdaşlıqperspektivləri, Adizes metodologiyasına əsasən təşkilatitransformasiya, idman təşkilatlarının oyun sənayesi ilə əlaqəsimövzusunda müzakirələr aparılıb.

Konfrans çərçivəsində AMADA ilə LTUNADO arasında AnlaşmaMemorandumu imzalanıb. Memoranduma AMADA-nın İcraçı direktoruTəhminə Tağı-zadə və LTUNADO-nun direktoru Ruta Banyte imzaatıblar.

Memorandum çərçivəsində hər iki agentlik antidopinq sahəsindəəməkdaşlığın dərinləşdirilməsini, elmi tədqiqatların və təhsiltəşəbbüslərinin gücləndirilməsini, həmçinin innovativ yanaşmalarıntətbiqini və praktiki bilik mübadiləsini təşviq edəcək. Əməkdaşlıqnəticələrin emalı, testetmə, təhsil, təhqiqat, terapevtikistifadəyə icazə və digər sahələri əhatə edəcək, ÜmumdünyaAntidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara uyğun fəaliyyətindaha da təkmilləşdirilməsinə töhfə verəcək.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
13
9
az.trend.az

10Mənbələr