AZ

Xalq artisti Hacı Murad Yagizarov Bakıda dəfn olunacaq

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan mədəniyyətinə dəyərli töhfələr vermiş, unudulmaz ifaları və səhnə rolları ilə xalqın dərin məhəbbətini qazanmış Xalq artisti Hacı Murad Yagizarovun nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sentyabrın 16-da Vətənə gətiriləcək.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sənətkarın cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.

Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra görkəmli sənətkarın nəşi II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Hacı Murad Yagizarov uzun illər ərzində Azərbaycan teatr və kino sənətində silinməz izlər qoymuş, yaratdığı obrazlarla milli səhnə mədəniyyətimizin inkişafına töhfə vermişdir. O, "Arşın mal alan", "Ulduz", "Uzaq sahillərdə", "Ögey ana", "Bir cənub şəhərində" və s. filmlərdə unudulmaz obrazlar yaradıb. Uzun illər ərzində Azərbaycan teatr və kino sənətində silinməz izlər qoyub, yaratdığı obrazlarla milli səhnə mədəniyyətimizin inkişafına töhfə verib. Onun zəngin yaradıcılığı, yüksək peşəkarlığı və sənətə bağlılığı aktyor nəsilləri üçün nümunə olaraq daim xatırlanacaq.

Seçilən
30
27
azertag.az

10Mənbələr