AZ

Hacı Murad Yengizarovun nəşi sabah vətənə GƏTİRİLƏCƏK

Ajans.az xəbər verir ki, bu haqda  Mədəniyyət Nazirliyindən məlumat yayıb.  “Sənətkarın cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək. Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra görkəmli sənətkarın nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq. Hacı Murad Yengizarov uzun illər ərzində Azərbaycan teatr və kino sənətində silinməz izlər qoymuş, yaratdığı obrazlarla milli səhnə mədəniyyətimizin inkişafına töhfə verib. Onun zəngin yaradıcılığı, yüksək peşəkarlığı və sənətə bağlılığı aktyor nəsilləri üçün nümunə olaraq daim xatırlanacaq”. Qeyd edək ki, Tanınmış aktyor 86 yaşında Almaniyada dünyasını dəyişib.

O, Prezidentin Sərəncamları ilə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Seçilən
12
16
Ajans.az

10Mənbələr