AZ

"TikTok"un gələcək fəaliyyəti ilə bağlı razılığa gəldilər

ABŞ və Çin "TikTok"un ABŞ-dəki gələcək fəaliyyəti ilə bağlı razılıq əldə ediblər.

Paralel.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessentə istinadla məlumat yayılıb.

Bessent Madriddə Çin rəsmiləri ilə aparılan danışıqlardan sonra belə bir açıqlama verib. Nazir bildirib ki, tərəflər çərçivə sazişi hazırlayıblar, lakin hələlik ətraflı məlumat açıqlanmayıb. O həmçinin qeyd edib ki, ABŞ və Çin yaxın həftələrdə yeni məsləhətləşmələr aparacaqlar.

ABŞ-nin ticarət danışıqlarında nümayəndəsi Ceymison Qrir isə aydınlaşdırıb ki, razılaşma Çinə məxsus "TikTok" sosial şəbəkəsinin ABŞ şirkətinin nəzarətinə keçməsini nəzərdə tutur.

Seçilən
18
5
paralel.az

7Mənbələr