Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.
Müəllimlərin işə qəbulu imtahanlarının (MİQ) ödənişli olacağı ilə bağlı məsələ son bir neçə gündə çox ciddi müzakirə olunur".
Bu barədə Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi.
"Yaxın vaxtlarda yəqin ki, tariflə bağlı da məlumatlı olacağıq. Amma fakt budur ki, Elm və Təhsil Nazirliyi də bu məsələ ilə bağlı brifinqdə xüsusi məlumat verdi. Bildirildi ki, bu, ancaq o məqsədlə olunur ki, müəyyən problemli məsələlərin qarşısı alınsın.
Məsələn, 60-70 min müraciət edən şəxsə uyğun olaraq planşetlər, noutbuklar, kompüterlər hazırlanır, zallar müəyyənləşdirilir, onlar üçün xüsusi nəzarətçilər ayrılır, əməkhaqqı ödənilir, digər texniki xərclər çəkilir. Nəticədə qeydiyyatdan keçmiş 12 min nəfər imtahana gəlməkdən imtina edir və bu da müəyyən bir problem, boşluq yaradır. Ona görə də xüsusilə həmin şəxslər, yəni dəfələrlə MİQ imtahanlarında iştirak etmiş olanlar, özünü sınamaq üçün gələnlər və ya daha artıq bal toplamaq üçün təşəbbüs göstərənlər bu qaydalara daxil ediləcəklər", - deyə o qeyd etdi.
Müsahibimizin fikrincə, ilk dəfə imtahana qatılanlar üçün bu qaydaların tətbiq olunmaması yaxşı haldır:
"Onlar pul ödəmədən imtahanlarda iştirak edə biləcəklər. Təkrar iştirak edənlər isə sözsüz ki, bu məsələdə maliyyə ödəməli olacaqlar. Başqa bir məsələ də odur ki, parlament müzakirəsi zamanı qiymət 40-60 manat aralığında müəyyənləşdirilib. Bu da Dövlət İmtahan Mərkəzinin buraxılış və qəbul imtahanlarında tətbiq olunan qiymətlərdən artıq olmayacaq. Çünki həmin meyarlar artıq müəyyən olunub".
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.