AZ

Xankəndidə baş verən hadisənin arxasında münasibətlərin normallaşmasını istəməyən qüvvələrin olduğu şübhəsizdir

ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.

"Xankəndidə baş verən hadisənin bir erməninin planlaşdırdığı təxribat, yoxsa müəyyən qruplar tərəfindən əvvəldən planlaşdırılmış hadisə olması təbii ki, istintaq dövründə ortaya çıxacaq. Burada bir sıra amillərə diqqət yetiirməyin vacib olduğu qənaətindəyəm".Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, haqqında danışılan Karen Avanesyan 2023-cü ildə antiterror əməliyyatlarından sonra köç etməyən və Xankəndində qalmağı seçən ermənilərdən biridir:."Onun mən Azərbaycan vətəndaşıyam və özümü bir azərbaycanlı hiss edirəm deməsinə, Xankəndində separatçı rejimi heç vaxt qəbul etmədiyinə dair müsahibələri də dəfələrlə ölkə KİV-də işıqlandırılıb. Odur ki, indi onun birdən birə əlinə silah alması və terrora cəhd göstərməsi heç bir halda təsadüf sayıla bilməz. Bunun arxasında münasibətlərin normallaşmasını istəməyən, vəziyyətin gərginləşməsində maraqlı olan qüvvələrin olduğu şübhəsizdir".Yusif Bağırzadə deyib ki, burada Ermənistanda olan revaşist dairələrlə yanaşı iki ölkə arasında münasibətlərin normallaşmasını istəməyən ölkələrin xüsusi xidmət orqanlarının əlinin olması ehtimalı da nəzərdən qaçırılmamalıdır:"Mümkündür ki, vəziyyətin gərginləşməsi ilə sülh gündəliyinə zərbə vurmaq istəyən qüvvələr bundan seçkiqabağı dövrdə Paşinyana qarşı istifadə etmək istəyiblər. Paşinyanın seçki kampaniyasında sülh tezisinin uğur olaraq istifadə ediləcəyi şübhəsizdir və bu amil onu rəqibləri ilə müqayisədə üstün duruma salır".Politoloq hesab edir ki, istənilən halda iki ildir Xankəndidə azərbaycanlılarla birgə yaşayan, hər hansı haqsızlıq və ayrıseçkiliklə üzləşməyən birinin bu şəkildə terror cəhdini bir erməninin planlaşdırdığı təxribat kimi qəbul etmək düzgün olmazdı.Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
newscenter.az

2Mənbələr