AZ

“Azyaşlı qızı təcavüz edərək öldürdü, ömürlük cəza verdik” Eks hakim

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

“Hakim kimi fəaliyyət göstərdiyim dövrlərdə iki şəxsə ömürlük cəza vermişəm”.

Redaktor.az xəbər verir ki, bunu "Kazusmedia" "Youtube" kanalına müsahibəsində sabiq məhkəmə hakimi və Vəkillər Kollegiyasının üzvü Tamila Nəsrullayeva deyib.

O bildirib ki, həmin şəxslərdən biri qonşusu olan azyaşlı qızı təcavüz edib, sonra öldürərək həyətlərində basdıran şəxs idi:

“Digəri isə bir ailənin 7 üzvünü qətlə yetirmiş, sonra ölkədən qaçan şəxs idi. Onu ekstradisiya etmişdlər. Lakin o, törətdiyi hadisəni boynuna almırdı”. 

“Bir qadın üçün hakim olmaq çətindirmi?” sualını cavablandıran Tamila Nəsrullayeva qeyd edib ki, kriminal aləmdə “Lotu Bəxtiyar” ləqəbi ilə tanınan Bəxtiyar Kərimovun cinayət işi üzrə məhkəmə işi icraatında olub: 

“Novxanı bağlarında 15 nəfər şəxs saxlanılmışdı. Onlardan bəzilərinin üzərindən narkotik və silah aşkarlanmışdı. Həmin şəxslərdən biri də kriminal aləmdə “Lotu Bəxtiyar” ləqəbi ilə tanınan Bəxtiyar Kərimov idi. Sonda ona 3 il həbs cəzası verdik”.

Qeyd edək ki, 1953-cü il təvəllüdlü Tamila Nəsrullayeva Binəqədi Rayon -Məhkəməsinin sədri (1987-2000), Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri (2000-2007), Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi (2007- 2011) və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (2011-2018) vəzifələrində çalışıb. O, 2019-cu ildən Vəkillər Kollegiyasının üzvüdür.

Ətaflı:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
6
redaktor.az

7Mənbələr