AZ

Qızından Könül Kərimova ilə bağlı paylaşım - FOTO

Əməkdar artist Könül Kərimovanın ad günüdür.

Qızı Ləman müğənni ilə bağlı paylaşım edib.

"Canım anam, bu gün sənin günündür. Sən mənim üçün təkcə bir ana yox, həm də ən yaxın sirdaşım, dayağım, gücüm, ürəyimin işığısan. Allah sənə uzun ömür, möhkəm can sağlığı, həmişə sevdiklərinlə birlikdə, xoşbəxt günlər nəsib etsin. Sənin varlığın mənim və Dənizim üçün dünya, nəfəs, güc deməkdir. Dənizimin ən gözəl, əziz nənəsisən. O səni özünün canı, nəfəsi bilir. Səninlə fəxr edirik. Səni qəlbən çox sevirik" deyə, Ləman paylaşımında yazıb.

Qeyd edək ki, K.Kərimovanın bir qız, bir oğul övladı var. (Axşam.az)

Seçilən
18
1
musavat.com

2Mənbələr