AZ

"Barselona"nın sabiq futbolçusu ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib

"Barselona"nın

İspaniyanın "Barselona" klubu ilə ikiqat Çempionlar Liqasının qalibi olan fransalı Erik Abidal ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib.

"Report" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

2011-ci ildə qaraciyər şişi diaqnozu qoyulan futbolçunun bəzi xəbər portallarında ölümü ilə bağlı xəbər tirajlanıb.

46 yaşlı sabiq müdafiəçi məsələyə bu cür münasibət bildirib:

"Bu cür söz-söhbətlər olmamalıdır. Ailəmlə buradayam, yaxşıyam. Hər şeyə aydınlıq gətirmək üçün bunu yazdım. Dəstəyinizə görə təşəkkür edirəm. Gəlin, daha vacib məqamlara diqqət yetirək".

Qeyd edək ki, Abidal futbolçu karyerası ərzində "Barselona"dan başqa Fransanın "Monako", "Lill" və "Lion", Yunanıstanın "Olimpiakos" klublarında çıxış edib. O, İspaniya klubunun tərkibində Çempionlar Liqasından əlavə 4 dəfə ölkə çempionluğu, 2 dəfə UEFA Superkuboku və 2 dəfə Klublararası dünya çempionatının qalibi olub.

Seçilən
17
xalqcebhesi.az

1Mənbələr