"Kayrat" Çempionlar Liqası oyunlarına biletin qiymətini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, Qazaxıstan klubunun ÇL-nin əsas mərhələsində keçirəcəyi 4 ev matçına biletlərin qiyməti 30 000 - 250 000 tenqe arasında dəyişəcək. Bu isə Azərbaycan manatı ilə təqribən 94-786 AZN edir. 

Qeyd edək ki, "Kayrat" ev oyunlarını Almatı Mərkəzi stadionda keçirəcək. Evdə ilk oyun sentyabrın 30-u Bakı vaxtı ilə saat 20:45-də "Real Madrid"ə qarşı olacaq.